Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlcə Ukraynanın “Xarkov” komandası ilə qarşılaşıb. 8 qolun vurulduğu matç rəqibin qələbəsiylə başa çatıb – 6:2.
“Qarabağ”ın qollarını Jali Muadddib və Kadi Borges vurub.
“Qarabağ” bu gün daha bir oyun keçirəcək. Komanda Macarıstan təmsilçisi “Ferentsvaroş”la qarşılaşacaq. Matç saat 19:30-da start götürəcək.
“Qarabağ” toplanış çərçivəsində bir neçə gün əvvəl yerli “Tirol”a qalib gəlib – 4:0.