Apasport saytına istinadən Icma.az xəbər verir.
"Qarabağ"da yeni müqavilə imzalanmağa çox yaxındır.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub Mateuş Silva ilə sözləşmənin müddətini uzadacaq.
Klub rəhbərliyi futbolçunun çıxışından razıdır.
Braziliyalının özü də komandada qalmaq niyyətindədir. Tərəflər arasında danışıqlar prosesi son mərhələdədir.
Cinah müdafiəçisi ilə yeni müqavilənin 3 il müddətinə nəzərdə tutulduğu bildirilir.
Qeyd edək ki, Silva 2023-cü ilin yayından "Qarabağ"da çıxış edir. O, daha öncə ölkəsinin "San Fransisko", "Peysandu", "Bahiya" klublarının şərəfini qoruyub. Mateuş həmçinin "Farense", "Moreyrense" (hər ikisi Portuqaliya) və "Loko Plovdiv" (Bolqarıstan) komandalarında legioner həyatı yaşayıb.
II Liqa: XXI turun təyinatları açıqlanıb “Qızlar Futzal Kuboku” keçirilib - FOTO Vidadi Rzayev: “Başa düşə bilmirəm, sponsor ABŞ-dən piyada gəlir?” Millimiz Moldovaya məğlub oldu "Kapitan" gəmini tərk edir? - "Neftçi"də Emin Mahmudov məsələsi