Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Braziliyanın “Botafoqo” klubu “Qarabağ”dan Pedro Bikalyonu transfer etmək istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb. Braziliya təmsilçisi yarımmüdafiəçi üçün 1.2 milyon avroya yaxın məbləğ təklif edib. “Qarabağ”ın cavabı isə “yox” olub.
Azərbaycan təmsilçisi futbolçunu buraxmaq niyyətində deyil.
“Botafoqo” daha əvvəl də Bikalyo üçün təklif göndərmiş, lakin rədd cavabı almışdı.
“Qarabağ” bu yay Pedro ilə müqavilənin müddətini 2029-cu ilin yayına kimi artırıb.