Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Premyer Liqanın XX turuna "Tofiq Bəhramov"da yekun vurulacaq.
Sport24.az xəbər verir ki, lider "Qarabağ" "Turan Tovuz"u qəbul edir. Ağdam təmsilçisi cari mövsümdə "boz qurdlar"a qalib gələ bilməyib.
Bu komandalar arasında ilk dövrənin oyununda "Turan Tovuz" 1:0 hesablı qələbəyə sevinib. 2-ci dövrədə isə qapılara qol vurulmayıb - 0:0.
Bu dəfə necə olacaq? Bu sualın cavabını 90 dəqiqənin tamamında biləcəyik. Qeyd edək ki, matç saat 18:30-da başlayacaq.
Misli Premyer liqası III dövrə, XX tur "Qarabağ" - "Turan Tovuz" Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy RəhimovVAR: Əliyar AğayevAVAR: Zeynal ZeynalovHakim-inspektor: Ceyhun HaşımovAFFA nümayəndəsi: Elçin MehtiyevBakı.
Tofiq Bəhramov adına Respublika Stadionu. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.