“Qarabağ” bu futbolçu üçün rəsmi təklif GÖNDƏRDİ

13.01.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

“Qarabağ” rumıniyalı futbolçu Yanis Stoykanı heyətinə qatmaq istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “digisport.ro” saytı məlumat yayıb. 

Bildirilib ki, Azərbaycan təmsilçisi 22 yaşlı hücumçu üçün rəsmi təklif göndərib. 

Lakin futbolçunun 2027-ci ilə qədər müqaviləsi olan “Hermannştadt” klubu onun üçün 1,5 milyon avro istəyir.

Komandanın baş məşqçisi Marisu Maldaraşanu futbolçusunu bu qiymətə sata biləcəklərini deyib. 

Qeyd edək ki, Yanis Stoykanı “Qarabağ”la yanaşı “Dinamo” (Buxarest) və “Dinamo” (Kiyev) heyətinə qatmaq istəyir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью