“Qarabağ” bu futbolçuları Yunanıstana aparmadı zədəli var, bəs cəzalı?

30.01.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Dünən səhər saatlarında çarter reysiylə Yunanıstana yollanan “Qarabağ” ünvandadı.

Bilindiyi kimi, komanda dünən axşam “Olimpiakos”a məxsus stadionda, dəqiq desək, “Georgios Karaiskakis”də məşqə çıxıb.
Bəs, “köhlən atlar”ı Afinada qarşılayan olubmu? Komanda səfərə tam tərkibdə yollanıb? Ağdamlıları çətin səfər matçında tribunalarda nə qədər azarkeş dəstəkləyəcək?
“Football-plus.az” bu sualları “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə ünvanladı. Cavabla tanış olun:

“Yunanıstanda bizi heç kim qarşılamadı. Elə özümüz yola düşdük. Hazırda oteldəyik. İki gənc qapıçımız – Sadiq Məmmədzadə zədəli olduğu, Amin Ramazanov bərpa prosesi keçdiyi üçün bizimlə gəlməyib. Cəzalımız yoxdu. Azarkeş məsələsinə gəlincə, təxminən 50-60 tərəfdar bizi tribunadan dəstəkləyəcək”.


Xatırladaq ki, Avropa Liqasının 8-ci turunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu saat 00.00-da başlayacaq.
KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью