Qarabağ bu gün Araz Naxçıvan la üz üzə gələcək | Icma.az
Icma.az, Sia Az portalına istinadən məlumat yayır. Misli Premyer Liqasında XXXIV tura bu gün yekun vurulacaq.
SİA-nın məlumatına görə, günün ilk oyununda "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək.
Gəncə klubu 29 xalla doqquzuncu, "gənclik şəhəri" təmsilçisi 30 xalla səkkizinci pillədə qərarlaşıb.
Günün ikinci matçında "Qarabağ" "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
Çempionluğu təmin etmiş "köhlən atlar"ın 80 xalı var. Qonaqlar 55 xalla üçüncüdür. Misli Premyer Liqası IV dövrə, XXXIV tur 11 may 18:00.
“Kəpəz” – “Sumqayıt” Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev. VAR: Elçin Məsiyev. AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Vüsal Əliyev. AFFA nümayəndəsi: Erkin Hüseynov. Tovuz şəhər stadionu 20:00.
“Qarabağ”– “Araz-Naxçıvan” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev. VAR: Rauf Cabarov. AVAR: Rəhman İmami.
Tam oxu
Xəbəri oxu