Qarabağ bu gün Atletik lə üz üzə gələcək

22.10.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına bu gün çıxacaq.

Globalinfo.az bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniyada “Atletik”lə üz-üzə gələcək.

Qarşılaşma “San Mames” stadionunda, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Görüşün baş hakimi xorvatiyalı İqor Payaç olacaq.

“Qarabağ” hazırda 6 xalla 10-cu pillədə qərarlaşıb. İlk iki görüşdə uduzan Bilbao klubu isə 35-cı sıradadır.

Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin I turunda Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə üstələyib. “Köhlən atlar” II turda Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qalib gəlib – 2:0.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью