Qarabağ bu gün AvroLiqanın oyununa çıxır

23.07.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da meydana çıxacaq.

Komandamız Bakıda Bolqarıstanın SSKA klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq

Komandalar iyulun 30-da Sofiyada cavab matçına çıxacaqlar.

Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə  “Şerif” (Moldova) – “Makkabi” (İsrail) cütünün güclüsü ilə qarşılaşacaq.

23 iyul

UEFA Avropa Liqası

2-ci təsnifat mərhələsinin ilk iyunu

20:00."Qarabağ" (Azərbaycan) - SSKA (Bolqarıstan)

Baş hakim: Daniele Çiffi (İtaliya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadion

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью