Qarabağ bu gün Avstriyada sonuncu yoxlama matçını keçirəcək

15.07.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Təlim-məşq toplanışını Avstriyada davam etdirən "Qarabağ" bu gün sonuncu - 4-cü yoxlama matçını keçirəcək.

Redaktor.az  xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu “Zaltsburq” ilə üz-üzə gələcək.

Görüş Kaprun stadionunda, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" Avstriya toplanışını iyulun 16-da başa vuracaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью