Qarabağ bu gün Elfsborqun qonağı olacaq

12.12.2024

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün UEFA Avropa Liqasında VI turun görüşlərinə yekun vurulacaq, təmsilçimiz "Qarabağ" İsveç səfərində "Elfsborq"la qarşılaşacaq.
Bizim.Media xəbər verir ki, aktivində üç xalı olan və 32-ci pillədə qərarlaşan "köhlən atlar" rəqibi məğlub edərək növbəti mərhələyə yüksəlmə şansını gücləndirmək niyyətindədirlər.
Amma dörd xalla 28-ci sırada yerləşən "Elfsborq"la görüşdə bu, heç də asan vəzifə sayılmır.
"Qarabağ"da Bəhlul Mustafazadə və Kevin Medinanın yoxluğu Qurban Qurbanovun işini çətinə sala bilər. "Elfsborq" isə təmsilçimizlə görüşə itkisiz çıxacaq.
Qeyd edək ki, böyük maraqla gözlənilən görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
12 dekabr

UEFA Avropa Liqası

VI tur

Saat 00:00, "Elfsborq" - "Qarabağ"

"Boras Arena"

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью