“Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək

01.07.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Qarabağ” bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində iki yoxlama görüşünə çıxacaq.

Moderator.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda əvvəlcə Ukraynanın “Xarkiv” klubu ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Ağdam təmsilçisi günün ikinci sınağında isə Macarıstanın “Ferentsvaroş” komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Avstriyanın “Tirol” komandasını 4:0 hesabı ilə məğlub edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью