Qarabağ bu gün İsveç klubu ilə qarşılaşacaq

12.12.2024

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ" bu gün UEFA Avropa Liqasında İsveçin "Elfsborq" klubu ilə qarşılaşacaq.

Sfera.az xəbər verir ki, UEFA Avropa Liqası Liqa mərhələsinin VI turu çərçivəsində baş tutacaq oyun İsveçin Buros şəhərindəki "Buros Arena" stadionunda keçiriləcək.

Bakı vaxtı ilə saat 00:00-da start götürəcək görüşü Portuqaliyadan olan baş hakim Antoniu Nobre idarə edəcək.

Turnir: UEFA Avropa Liqası, Liqa mərhələsi, VI tur

Tarix: 12 dekabr 00:00

Komandalar: "Elfsborq" (İsveç) - "Qarabağ" (Azərbaycan)

Stadion: "Buros Arena", İsveç

Qeyd edək ki, "Qarabağ" hazırda 3 xalla 32-ci, meydan sahibləri isə 4 xalla 28-ci pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью