Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir. Bu gün Misli Premyer Liqasında "Neftçi" "Qarabağ"ı qəbul edəcək.
"Report"un məlumatına görə, XV turun sonuncu matçı saat 19:00-da start götürəcək. Qarşılaşma "Neftçi Arena"da baş tutacaq.
Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 34 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 13 xalla 7-ci sıradadır.
Misli Premyer Liqası II dövrə, XV tur 1 dekabr 19:00. "Neftçi” – "Qarabağ” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məs
VAR: Kamal Umudlu. AVAR: Elşad Abdullayev. Hakim-inspektor: Asim Xudiyev.
"Neftçi Arena" Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı (hər üçü 1:0), "Zirə" isə "Sumqayıt"ı məğlub (4:1) edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.