Qarabağ bu gün Neftçi ilə qarşılaşacaq Xəbər saytı Son xəbərlər və Hadisələr

01.12.2024

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında "Neftçi" "Qarabağ"ı qəbul edəcək.

XV turun sonuncu matçı saat 19:00-da start götürəcək.

Qarşılaşma "Neftçi Arena"da baş tutacaq.

Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 34 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 13 xalla 7-ci sıradadır.

Misli Premyer Liqası

II dövrə, XV tur

1 dekabr

19:00. "Neftçi" - "Qarabağ"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.

VAR: Kamal Umudlu.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Asim Xudiyev.

"Neftçi Arena"

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı (hər üçü 1:0), "Zirə" isə "Sumqayıt"ı məğlub (4:1) edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью