“Qarabağ” bu gün “Neftçi” ilə qarşılaşacaq Yeni Çağ Media

01.12.2024

Yenicag saytına istinadən Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında “Neftçi” “Qarabağ”ı qəbul edəcək.

“Report”un məlumatına görə, XV turun sonuncu matçı saat 19:00-da start götürəcək.

Qarşılaşma “Neftçi Arena”da baş tutacaq.

Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 34 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 13 xalla 7-ci sıradadır.

Misli Premyer Liqası
II dövrə, XV tur
1 dekabr
19:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.
VAR: Kamal Umudlu.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
“Neftçi Arena”

Qeyd edək ki, turun əvvəlki matçlarında “Araz-Naxçıvan” “Turan Tovuz”u, “Sabah” “Səbail”i, “Kəpəz” “Şamaxı”nı (hər üçü 1:0), “Zirə” isə “Sumqayıt”ı məğlub (4:1) edib.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью