Qarabağ bu gün Rumıniya komandası ilə qarşılaşacaq

23.01.2025

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ" bu gün UEFA Avropa Liqasında Rumıniyanın FCSB komandasını qəbul edəcək. SİA-nın məlumatına görə, Liqa mərhələsinin VII turuna təsadüf edəcək oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qarşılaşma saat 21:45-də start götürəcək. Görüşün baş hakimi slovakiyalı Filip Qlova olacaq.

UEFA Avropa Liqası

Liqa mərhələsi, VII tur

23 yanvar

21:45. "Qarabağ" - FCSB (Rumıniya)

Baş hakim: Filip Qlova (Slovakiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью