Qarabağ bu gün Sabahla, ArazNaxçıvan Səbaillə üzüzə gələcək

07.12.2024

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Bu gün "Qarabağ" komandası Misli Premyer Liqasının XVI turunda "Sabah"la üz-üzə gələcək.

"Report"un məlumatına görə, matç "Bank Respublika Arena”da təşkil ediləcək.

Qarşılaşma saat 18:00-da start götürəcək. Rəqibindən bir oyun az keçirən Ağdam təmsilçisi 37 xalla liderdir. Paytaxt klubu 22 xalla beşinci pillədə qərarlaşıb.

Günün ilk görüşündə "Səbail" "Araz-Naxçıvan"ı qəbul edəcək. Bu matç saat 15:00-da başlayacaq. Qonaqlar 36 xalla ikinci, "dənizçilər" 8 xalla sonuncu-onuncu sırada yer alıb.

Misli Premyer Liqası

XVI tur, II dövrə

7 dekabr

15:00. "Səbail” – "Araz-Naxçıvan”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elvin Bayramov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: İnqilab Məmmədov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

"ASCO Arena”

18:00. "Sabah” – "Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

"Bank Respublika Arena”

Qeyd edək ki, turun digər oyunları 8-9 dekabrda gerçəkləşəcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью