Qarabağ bu gün Sumqayıt ı sınağa çəkəcək

29.11.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasında XIII turun növbəti görüşləri bu gün keçiriləcək.
Bizim.Media xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutacaq.
 

İlk olaraq "Şamaxı" doğma meydanda "Qəbələ" ilə üz-üzə gələcək. Şamaxı şəhər stadionundakı matç saat 14:30-da start götürəcək. Ev sahibləri 14 xalla yeddinci, qonaqlar 11 xalla doqquzuncu pillədə qərarlaşıb.


Günün ikinci duelində "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. "Azersun Arena"da təşkil olunacaq görüş saat 17:00-da başlanacaq.
Ağdam təmsilçisi 20 xalla dördüncü sıradadır. "Kimyaçılar" isə 10 xalla onuncu yerdədir.
Xatırladaq ki, ilk oyun günündə "Şəfa" səfərdə "İmişli"yə qalib gəlib (3:1), "Neftçi" isə evdə "Zirə"ni məğlub edib (1:0). XIII tura noyabrın 29-da yekun vurulacaq.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью