Qarabağ bu gün “Turan Tovuz”u sınağa ÇƏKƏCƏK

26.01.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

"Neftçi" və "Qarabağ" Misli Premyer Liqasında növbəti oyunlarını bu gün keçirəcəklər.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi XX turda "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Qarşılaşma saat 16:00-da start götürəcək. "Ağ-qaralar" 18 xalla yeddinci, Naxçıvan klubu 39 xalla ikinci pillədə qərarlaşıb.
Tura "Qarabağ" - "Turan Tovuz" matçı ilə yekun vurulacaq. Görüş saat 18:30-da başlayacaq. Ağdam təmsilçisi 50 xalla liderdir. Qonaqlar 32 xalla 4-cü sıradadır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Şamaxı"nı 2:1, "Səbail" evdə "Kəpəz"i 1:0 hesabı ilə üstələyib. "Sabah" - "Sumqayıt" matçında hesab açılmayıb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью