Qarabağ bu gün yoxlama oyununda Zirə ilə üz üzə gələcək

30.06.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanı avrokuboklarda təmsil edəcək "Qarabağ" və "Zirə" komandaları bu gün yoxlama oyununda üz-üzə gələcəklər. SİA xəbər verir ki, qarşılaşma "Azərsun Arena"da təşkil olunacaq.

Matç saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

"Zirə" isə Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Hayduk"un müqavimətini qırmağa çalışacaq. İlk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da keçiriləcək. Komandalar arasında cavab görüşü iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью