Qarabağ bu gün Zirə ilə qarşılaşacaq | Icma.az
Icma.az, Manset portalına istinadən məlumat yayır. Bu gün futbol üzrə Misli Premyer Liqasının XIII turunda "Qarabağ" "Zirə"ni qəbul edəcək.
Manset.az-ın məlumatına görə, matç Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Qarşılaşma saat 19:00-da start götürəcək.
Rəqibindən bir oyun az keçirən "köhlən atlar" 28 xalla liderdir. "Qartallar" 20 xalla dördüncü sıradadır.
Günün ilk görüşündə "Araz-Naxçıvan" "Sumqayıt"ı sınağa çəkəcək. Bu qarşılaşma saat 16:00-da başlayacaq.
Naxçıvan klubu 27 xalla ikinci, "gənclik şəhəri" təmsilçisi 13 xalla yeddinci yerdədir.
Misli Premyer Liqası II dövrə, XIII tur 10 noyabr 16:00. “Araz-Naxçıvan” – “Sumqayıt” Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Teymur Teymuro
VAR: Nicat İsmayıllı. AVAR: Şirmamed Mamedov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Liv Bona Dea Arena" 19:00. “Qarabağ” – “Zirə” Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Rəhman İmami, Kamran Əliyev. VAR: Tural Qurbanov.
Tam oxu
Xəbəri oxu