Qarabağ bu gün Zirə ilə qarşılaşacaq

10.11.2024

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün futbol üzrə Misli Premyer Liqasının XIII turunda "Qarabağ" "Zirə"ni qəbul edəcək.

Publika.az xəbər verir ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Qarşılaşma saat 19:00-da start götürəcək. Rəqibindən bir oyun az keçirən "köhlən atlar" 28 xalla liderdir. "Qartallar" 20 xalla dördüncü sıradadır.

Günün ilk görüşündə "Araz-Naxçıvan" "Sumqayıt"ı sınağa çəkəcək. Bu qarşılaşma saat 16:00-da başlayacaq. Naxçıvan klubu 27 xalla ikinci, "gənclik şəhəri" təmsilçisi 13 xalla yeddinci yerdədir.

Misli Premyer Liqası
II dövrə, XIII tur
10 noyabr

16:00. “Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Liv Bona Dea Arena"

19:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Şamaxı" ilə (2:2), "Səbail" "Turan Tovuz"la (1:1), "Sabah" isə "Kəpəz"lə (2:2) heç-heçə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью