Qarabağ bu gün Zirə ilə qarşılaşacaq Premyer Liqa | Icma.az
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq. "Qarabağ" Misli Premyer Liqasının XXI turunda bu gün "Zirə" ilə qarşılaşacaq.
Redaktor.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşmadan sonra tura yekun vurulacaq.
Matç saat 19:00-da start götürəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 50 xalla turnir cədvəlinə başçılıq edir.
36 xalı olan "Zirə" üçüncüdür. Misli Premyer Liqası III dövrə, XXI tur 2 fevral 19:00.
“Zirə” – “Qarabağ” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev VAR: Rauf Cabbarov AVAR: Pərvin Talıbov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Kifayət Mustafayeva Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.
"Turan Tovuz" - "Səbail"ə 1:1, "Sumqayıt" isə "Araz-Naxçıvan"la 0:0 hesabı ilə bərabərə qalıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu