“Qarabağ” bu gün “Zirə” ilə qarşılaşacaq Yeni Sabah

10.11.2024

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Bu gün futbol üzrə Misli Premyer Liqasının XIII turunda "Qarabağ" "Zirə"ni qəbul edəcək.

Yenisabah.az xəbər verir ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda aat 19:00-da keçiriləcək.

Rəqibindən bir oyun az keçirən "köhlən atlar" 28 xalla liderdir. "Qartallar" 20 xalla dördüncü sıradadır.

Günün ilk görüşündə "Araz-Naxçıvan" "Sumqayıt"ı sınağa çəkəcək. Bu qarşılaşma saat 16:00-da başlayacaq. Naxçıvan klubu 27 xalla ikinci, "gənclik şəhəri" təmsilçisi 13 xalla yeddinci yerdədir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью