“Qarabağ bu iki komandadan biri ilə qarşılaşacaq Heyət dəyəri Qarabağ”dan 100 dəfə yüksəkdir...

29.01.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Ağdam təmsilçisinin bu mərhələdəki rəqibi Çempionlar Liqasının son qalibi "PSJ" və ya İngiltərənin “Nyukasl Yunayted” klubu olacaq. 

Rəqib yanvarın 30-da Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək püşkatma mərasimində bəlli olacaq.

Maraqlıdır ki, potensial rəqiblərlə “Qarabağ” arasında heyət dəyərinə görə böyük fərq var. “Nyukasl Yunayted”in heyətinin ümumi dəyəri təxminən 711 milyon avro, PSJ-nin heyət dəyəri isə 1,2 milyard avro təşkil edir. Müqayisə üçün, “Qarabağ” FK-nın heyətinin bazar dəyəri cəmi 28,6 milyon avro civarındadır.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 17–18 fevralda, cavab görüşləri isə 24–25 fevral tarixlərində keçiriləcək.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью