“Qarabağ” bu ili qələbə ilə başa vurdu VİDEO KONKRET

22.12.2024

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.

KONKRET.az xəbər verir ki, turun və ilin sonuncu matçı isə lider “Qarabağ”la əsas izləyicisi “Araz-Naxçıvan” arasında baş tutub.

Ağdam klubu bu oyundan inamlı qələbə ilə ayrılıb.

Daha öncə keçirilmiş “Kəpəz” – “Sumqayıt” (0:0) və “Turan Tovuz” – “Neftçi” (1:1) oyunlarında qalib müəyyənləşməyib, “Sabah” “Şamaxı”ya (1:3), “Səbail” isə “Zirə”yə (0:1) uduzub.

Azərbaycan Premyer Liqası
18-ci tur
22 dekabr

“Qarabağ” – “Araz-Naxçıvan” 2:0

Qollar: Yassin Benzya, 41. Abdullah Zubir, 71.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.

Tofiq Bəhramov adına Respublika stadionu, 16:30.

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью