Qarabağ bu komanda ilə heç heçə etdi

26.10.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Misli Premyer Liqasının IX turunda "Qarabağ" evdə "Şamaxı" ilə görüşüb.

Axar.az xəbər verir ki, "Azərsun Arena"da baş tutan qarşılaşma heç-heçə ilə nəticələnib - 0:0.

Bu nəticədən sonra "Qarabağ" 17 xalla ikinci pillədə qərarlaşıb. 10 xala malik "Şamaxı" isə 9-cu yerdədir.

Qeyd edək ki, daha əvvəl "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" "Kəpəz"i (3:0), "Zirə" isə "Sumqayıt"ı (1:0), "Neftçi" "Qəbələ"ni (2:1) məğlub edib. "Araz-Naxçıvan" - "Sabah" matçı heç-heçə bitib - 2:2.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью