Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır. Bu gün Misli Premyer Liqasında 2024/25 mövsümündə sonuncu - 4-cü dövrə start götürüb
QOL.az xəbər verir ki, çempionatdakı 12 günlük fasilə 28-ci turun bu günə nəzərdə tutulan 1 matçı ilə yekunlaşıb.
Lider "Qarabağ" 4-cü pillədəki "Turan Tovuz"la qarşılaşır. Hazırda Ağdam təmsilçisinin aktivində 64, Tovuz klubunun aktivində isə 43 xal var
Cari mövsüm Qurban Qurbanovun komandası Kurban Berdıyevin kollektivinin müqavimətini qırmağı bacarmayıb.
Bu komandalar arasında 1-ci dövrənin oyununda "Turan Tovuz" 1:0 hesabı ilə qalib gəlib. 2-ci dövrənin matçı heç-heçə ilə bitib.
3-cü dövrənin görüşündə də "Turan Tovuz" üstün olub - 2:1. 28 mart (cümə) 19:35.
“Turan Tovuz” – “Qarabağ” - 1:4 Qollar: Kadi Borqes, 16 - pen.
(0:1), Aleks Souza, 30 (1:1), Nəriman Axundzadə, 32 (1:2), Kadi Borqes, 84 (1:3), Aleksey Kaşuk, 90+1 (1:4) Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev VAR: Rauf Allahverdiyev AVAR: Kamran Bayramov Tovuz şəhər stadionu 29 mart (şənbə) 16:45.