Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turundan sonra komandaların əldə etdiyi gəlirlər açıqlanıb.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” turnirdə indiyədək 30 milyon avro qazanıb.
“Köhlən atlar” bu göstərici ilə ümumi siyahıda 33-cü pillədə qərarlaşıb.
Gəlir sıralamasının lideri isə 73,2 milyon avro ilə Fransanın PSJ klubudur.