“Qarabağ bu mövsümün sürprizidir, çətin oyun olacaq”

23.11.2025

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Napoli"nin baş məşqçisi Antonio Konte A Seriyasının 12-ci turunda "Atalanta" üzərində əldə olunan 3:1 hesablı qələbəni şərh edib.

Milli.Az-ın "Football Italia"ya istinadla xəbərinə görə, italiyalı çalışdırıcı qarşıdan gələn Çempionlar Liqasının 5-ci turunda "Qarabağ"la qarşılaşma barədə də fikirlərini bölüşüb:

"İndi bizi bu mövsüm Çempionlar Liqasının ən böyük sürprizlərindən biri olan 'Qarabağ'la oyun gözləyir. Komanda olaraq özümüzə gəlməli və növbəti ciddi sınağa tam hazırlaşmalıyıq".

"Atalanta"nı məğlub edən "Napoli" bununla turnir cədvəlinin liderliyinə qayıdıb.

"Napoli"-"Qarabağ" qarşılaşması noyabrın 26-da "Dieqo Armando Maradona" stadionunda keçiriləcək və oyun gecə saat 00:00-da start götürəcək.

Kənan
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью