Qarabağ bu qədər uzağa gedibsə, deməli yaxşı komandadır Koştinya

30.01.2025

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Öz meydanımızda oynadığımız üçün böyük həvəslə mübarizə aparmaq və qələbə qazanmaq istəyirik".

Teleqraf.com xəbər verir ki, bunu Yunanıstan "Olimpiakos"unun futbolçusu Koştinya "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII tur matçından əvvəl mətbuat konfransında deyib.

25 yaşlı müdafiəçi bildirib ki, oyunların çətinliyindən asılı olmayaraq, komandasının davam etməyə gücü və motivasiyamız var: "Buna görə də işimiz rahatlaşır".

Portuqaliyalı cinah oyunçusu "Qarabağ"ın turnirdə mübarizəsini dayandırmasına rəğmən, ehtiyatlı danışıb. Onun fikrincə, Liqa mərhələsində heç bir rəqib asan deyil: "Bütün görüşlər fərqli və çətindir. Pis oynasanız, qalib gələ bilməzsiniz. Buna görə də özümüzü yaxşı tərəfdən göstərməliyik. Rəqib bu qədər uzağa gedibsə, deməli, yaxşı komandadır".

Qeyd edək ki, bu gecə "Georgios Karaiskakis" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью