Qarabağ bu videoya görə cərimələndi

28.02.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ" klubunun AFFA İntizam Komitəsinin cəzasına məruz qalma səbəbi müəyyənləşib.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a komitənin sədri Erkin Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Tofiq Bəhramov adına Respublika stadionunda "Sabah" komandasına qarşı keçirilmiş Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra miks-zonaya kənar şəxslər daxil olub. Bu səbəbdən, Ağdam təmsilçisi 500 manat cərimələnib.

Miks-zona jurnalistlərin futbolçulardan açıqlamalar alması üçün nəzərdə tutulsa da, həmin vaxt oraya uşaq futbolçular daxil olublar və futbolçularla şəkil çəkdiriblər. Bu barədə video-görüntülər sosial şəbəkələrdə də yayılıb.

Qeyd edək ki, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью