Qarabağ Budyo Qlimtlə oyunda yenidən hesabda irəli çıxdı YENİLƏNİB

07.11.2024

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

Redaktor.az xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi yenidən hesabda önə çıxıb - 2:1.

59-cu dəqiqədə Abdullah Zubir fərqlənib.

22:50

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

Redaktor.az xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda davam edən matçda hesab bərabərdir- 1:1.

Qarşılaşmada hesabı Ağdam təmsilçisinin heyətində 22-ci dəqiqədə Toral Bayramov açıb. 41-ci dəqiqədə isə Patrik Berq bərabərlik qolunun müəllifi olub.

22:34

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

Redaktor.az xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionundakı matçda hesab bərabərdir- 1:1.

Qarşılaşmada hesabı Ağdam təmsilçisinin heyətində 22-ci dəqiqədə Toral Bayramov açıb. 41-ci dəqiqədə isə Patrik Berq bərabərlik qolunun müəllifi olub.

22:28

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda hesab açılıb.

Redaktor.az xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi hesabı açıb.

22-ci dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə adını tabloya yazdırıb.

21:45

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyunu start götürüb.

Redaktor.az xəbər verir ki, qarşılaşma Bude şəhərindəki "Aspmira" stadionunda keçirilir.

Matçı portuqaliyalı baş hakim Luiş Qodinyu idarə edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью