“Qarabağ” bunlardan nəticə çıxarsın və daha da yaxşı hazırlaşsın pleyoff ümidi haqda | Icm…
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qarabağ”ın İsveçdəki o qədər də gözlənilməyən məğlubiyyəti futbol ictimaiyyətini çox dərin məyusluğa qərq etdi.
Avropa Liqasının əsas mərhələsinin püşkü atılarkən 3 al mənbəyi kimi baxdığımız “Elfsborq” da ağdamlıları evə əliboş yola saldı.
Halbuki mümkün qələbə komandanın turnir perspektivlərinə daha nikbin baxmağa sövq edəcəkdi, FKSB və “Olimpiakos” ilə oyunlar üçün xəyallar quracaqdıq.
Təəssüf ki, heç nə alınmadı. 6 turdan sonra cəmi 3 xalı olan, -10 top fərqi ilə 33-cü pillədə qərarlaşan ağdamlılar yalnız möcüzə sayəsində
Artıq heç kimə sirr deyil ki, builki “Qarabağ” ötən mövsümdəki obrazının miskin kölgəsini xatırladır.
Qurban Qurbanov hər nə qədər futbolçularına təşəkkür etsə də, indi onlar əvvəlki formasından çox uzaqdı.
Futbolçularda nə ruh var, nə enerji, nə də əzmkarlıq. Çox uzaq tarixdə yox, elə bu ilin fevralında-martında, elə bu oyunçular xarüqələr yara
Tam oxu
Xəbəri oxu