Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. “Qarabağ”ın futbolçusu Bədavi Hüseynovun son durumu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, “Sumqayıt”la oyunda sıradan çıxan təcübəli müdafiəçi həkim müayinəsindən keçib.
Onun azı 4 həftə komandayla birgə məşq edə bilməyəcəyi bəlli olub. 33 yaşlı oyunçunun arxa bud əzələsində problem aşkarlanıb.
Qeyd edək ki, daha əvvəl zədələnən Kevin Medina, Bəhlul Mustafazadə və Aleksey İsayevin azı 1 ay yaşıl meydanlardan kənar qalacağı bildirilmişdi.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.