“Qarabağ” “Çelsi” qarşılaşmasını türkiyəli məşhur şərhçi də şərh edəcək

05.11.2025

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Türkiyənin tanınmış futbol şərhçisi Ertem Şener “Qarabağ” – “Çelsi” qarşılaşmasını şərh edəcək.

Bakupost.az Metbuat.az-a istinadla xəbər verir ki, bu axşam keçiriləcək oyunun şərhini azərbaycanlı idman şərhçisi Pərviz Musayevlə birlikdə Ertem Şener aparacaq.

Azərbaycan tele-idman tarixində ilk dəfədir ki, azərbaycanlı və türkiyəli şərhçilər eyni oyunda çıxış edəcək.

Xatırladaq k, Ertem Şener dünən “Qarabağ”ın oyununa üçün Bakıya gəlib.

Qeyd edək ki, "Qarabağ” - "Çelsi” qarşılaşması saat 21:45-də “CBC Sport”da canlı yayımlanacaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью