Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.
"Qarabağ" qış transfer çalışmalarını davam etdirir.
Mətbuatda Ağdam təmsilçisinin ingiltərəli ulduz hücumçu Rahim Sterlinqi transfer edəcəyi ilə bağlı xəbərlər yayılıb.
Metbuat.az apasport.az-a istinadən xəbər verir ki, "Çelsi"nin sabiq oyunçusu "Qarabağ"ın maraq dairəsində deyil.
Azərbaycan çempionunun gündəmində bir neçə futbolçu yer alsa da, həmin siyahıda Sterlinq yer almayıb.
Bu barədə "Qarabağ"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Rahim Sterlinqlə transfer danışıqlarının aparılması və ya onun klubumuza keçidi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. “Qarabağ” FK ilə Rahim Sterlinq arasında hər hansı rəsmi və ya qeyri-rəsmi danışıqlar aparılmayıb və yayılan xəbərlər əsassızdır. Klubumuzla bağlı transfer və digər rəsmi məlumatlar yalnız “Qarabağ” Futbol Klubunun rəsmi saytı və sosial media kanalları vasitəsilə ictimaiyyətə açıqlanır".
Qeyd edək ki, Sterlinqin son klubu ötən ay ayrıldığı "Çelsi" olub.