“Qarabağ” çempion oldu

30.09.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sabahın Ulduzları” Bakı Kuboku U-14 Liqasında çempionun adına aydınlıq gəlib.

Futbolpress.az xəbər verir ki, Futbol İnkişaf Mərkəzində təşkil olunan final oyununda “Qarabağ” və “Sabah” komandaları üz-üzə gəlib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən həlledici matçda rəqibini 2:0 hesabı ilə məğlub edən “Qarabağ” turnirin qalibi olub.

“Atlılar”ın heyətində 23-cü dəqiqədə İbrahim Müzəffərli hesabı açıb. Matçın 60-cı dəqiqəsində isə Ceyms Eziaşi fərqlənərək komandasının qələbəsini rəsmiləşdirib.

“Sabahın Ulduzları” U-14 Liqası

Final

Qarabağ – Sabah 2:0

Qollar İbrahim Müzəffərli, 23, Ceyms Eziaşi, 60

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью