“Qarabağ” Çempionlar Liqasına 3:0 hesablı qələbə ilə başladı Video

24.07.2025

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Ötən axşam təmsilçimiz “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində səfərdə İrlandiyanın “Şelburn” komandası ilə qarşılaşıb.
Yeniavaz.com
xəbər verir ki, görüş “Qarabağ”ın 0:3 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 12-ci dəqiqədə Leandro Andrade açıb – 0:1. 81-ci dəqiqədə Aleksey Kaşuk top fərqini 2-ə çatdırıb, 84-cü dəqiqədə isə Nəriman Axundzadə fərqlənib və yekun hesabı müəyyənləşdirib – 0:3.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью