Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə heyətinin dəyərinə nisbətdə ən yaxşı nəticə göstərən komandaların sıralaması açıqlanıb.
Ölkə.Az xəbər verir ki, "Transfermarkt" məlumatlarına əsasən tərtib olunan reytinqdə “Qarabağ” FK hamını qabaqlayaraq birinci pillədə yer alıb.
Ağdam təmsilçisi heyətinin ümumi bazar dəyərinə baxmayaraq gözləniləndən xeyli artıq performans göstərib və +17 göstərici ilə lider olub.
Siyahıda “Qalatasaray”, “Bayern”, “Atalanta” kimi Avropanın nəhəng klubları da yer alsa da, onlar “Qarabağ”ın gerisində qalıb. Bu nəticə Azərbaycan futbolu üçün Çempionlar Liqası tarixində növbəti diqqətçəkən uğur kimi qiymətləndirilir.
Leyla