“Qarabağ” cərimələndi Ağdamlılar klublarına 3000 ziyan vurdu

16.12.2025

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Bakupost.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 15-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Turan Tovuz” – “Sabah” oyununda “Sabah”dan 7 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
“Kəpəz” – “Qəbələ” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə təmsilçisi 700 manat cərimələnib.
Eyni matçın 36-cı dəqiqəsində “Qəbələ”nin 12 nömrəli futbolçusu İbrahim Sanqare ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyunluq cəzalandırılıb, klubu 1000 manat cərimə edilib.
“Qarabağ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan təmsilçisi 700 manat cərimələnib.
Həmin görüşün 2-ci hissəsində “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 3000 manat cərimələnib.
“İmişli” – “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” 700 manat cərimə edilib.
“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün “gənclik şəhəri” təmsilçisi 700 manat cərimələnib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью