Qarabağ ciddi itki bir ay oynamayacaq

20.12.2024

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ" daha bir mərkəz müdafiəçisini itirib.

Sportal.az xəbər verir ki, Misli Premyer Liqanın 17-ci turunun “Sumqayıt”la matçında Bədavi Hüseynov sıradan çıxıb. 

Təcrübəli müdafiəçi təxminən 1 ay meydana çıxa bilməyəcək. 

Xatırladaq ki, bundan əvvəl “Qarabağ”ın daha iki mərkəz müdafiəçisi zədələnmişdi. Bəhlul Mustafazadə və Kevin Medina, həmçinin yarımmüdafiəçi Aleksey İsayev də sıradan çıxmışdı.
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью