“Qarabağ” ÇL də pley off səddini aşsa, hansı səbətədə yer alacaq?

25.08.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çempionlar Liqasına uğurlu start götürən “Qarabağ”ı indi liqa mərhələsindən cəmi bir oyun ayırır.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsində Macarıstan təmsilçisi “Ferensvaroş”u mübarizədən kənarlaşdırsa, qitənin nəhəng klublarını Bakıya gətirəcək.

“Qarabağ” mərhələ adlayacağı təqdirdə, Liqa mərhələsinin püşkatması zamanı sonuncu – 4-cü səbətdə yer alacaq.

Düzdür, ağdamlıların əmsalı turnirə əsas raunddan başlayacaq “Atletik” (İspaniya) və “Nyukasl”dan (İngiltərə) çoxdur. Lakin 32,000-lik əmsal aşağı reytinqli komandalar sırasında yer almaq deməkdir.

Çempionlar Liqasında Liqa mərhələsinin püşkü avqustun 28-də atılacaq.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью