Qarabağ çox yaxşı komandadır Ayaks ın baş məşqçisi

09.12.2025

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Ayaks" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunda sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisinin baş məşqçisi Fred Qrim matçdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Klubdakılar bizə çox böyük dəstək verirlər. Bu da ümidvericidir. Bizim də öhdəliklərimiz var. Bakıya yaxşı səhayət oldu. Amma ucuz başa gəlmədi. Şadıq ki, azarkeşlərimiz bura gəliblər.

- "Qarabağ" haqda fikriniz necədir?

- Onların oyunlarına baxmışam. "Qarabağ" çox yaxşı komandadır, məğlubiyyətləri azdır. Rəqibin sürətli hücumları var. Oyunçuları texniki cəhətdən yaxşıdırlar. Bizim üçün çox ciddi oyundur.

- Sizin üçün uzun səyahət oldu. Futbolçuların vəziyyəti necədir?

-  Futbolçular üçün ciddi oyundur. Yol yorğunluğu var. Amma futbolçularıma inanıram. Komanda olaraq enerjimiz kifayət qədərdir. Onlar hamısı aktiv şəkildə oynamaq istəyirlər. Oyunçularım sabahkı matçı səbirsizliklə gözləyirlər.

- Vut Veqhorst sabahkı matçda iştirak etməyəcək. Bu haqda nə düşünürsüz?

- Biz Vut haqda dəfələrlə danışmışıq. Zədəsi çox ciddidir. Qış fasiləsindən öncə belə olması üzücüdür. Amma indi biz Kasper Dolberq haqda düşünürük. O da çox oynayıb. 

- Kimin oynaya biləcəyi ilə bağlı fikriniz qətiləşib?

- Heç bir problem yoxdur. Bütün oyunçuları kfayət qədər nəzərə almışıq. Müəyyən işlər görürük. Hər futbolçunun neçə dəqiqə oynaya biləcəyi haqda danışırıq. "Ayaks"ın inkişafını düşünürük.

- Sabahkı matçdan gözləntiniz nədir?

- Bizim xalımız yoxdur. Amma çox istəyərdik ki, sabah "Qarabağ"la görüşdə xal qazanaq.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью