Qarabağ çox yaxşı komandadır Lionun futbolçusu

27.11.2024

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Lion”un futbolçusu Jordan Veretu UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

QOL.az "Azərtac"a istinadən xəbər verir ki, o, Ağdam təmsilçisinin təhlükəli olduğunu bildirib: "Qarabağ" çox yaxşı komandadır. Onların futbolçuları rəqib qapısı önündə hər an təhlükəli epizodlar yaratmağı bacarır. Vaxtilə "Lion"da oynamış Yassın Benzia indi bu komandanın heyətində çıxış edir. Çox təcrübəli və təhlükəli futbolçudur".

Qeyd edək ki, “Qarabağ” – “Lion” matçı noyabrın 28-i, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью