Qarabağ da bəzi futbolçuların vaxtı çatıb DANIŞDI | Icma.az
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir. "Bu oyun haqqında deyiləsi çox şey yoxdur".
Bunu SİA-ya Azərbaycan millisinin sabiq məşqçisi Şahin Diniyev deyib.
O, ötən gün Avropa Liqasının Liqa mərhələsində "Olimpiakos" - "Qarabağ" (3:0) matçı barədə danışıb.
Mütəxəssis bildirib ki, matçdan öncədə bilinirdi ki, “Qarabağ”ın pley-offa düşmə şansı yoxdur: "Rəqib öz meydanında çox güclü futbol oynadı.
İlk dəqiqələrdən Azərbaycan təmsilçisini təziq altında saxladılar. Onları azad topla hərəkət etmələrinə yasaq qoydular.
Ona görə başlanğıcdan oyunu öz əllərinə aldılar, 70 dəqiqəyə yaxın “Qarabağ”ın futbolçuları üzərində təziq oldu.
Bunun nəticəsində tez-tez səhv etməli idilər, elə beıə də oldu. Əlbəttə oyuna görə hesab müəyyənləşdi.
Ümumilikdə “Qarabağ” bu gün Avro sezonlara stop qoydu və gələn sezona hazırlaşmağa başlayacaqlar.
Tam oxu
Xəbəri oxu