Qarabağ da çalışmış mütəxəssis: Avcı Neftçi dən və Azərbaycan millisindən təkliflər almışdı

23.04.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

"Abdullah Avcı "Trabzonspor"dan ayrıldıqdan sonra "Neftçi"dən və Azərbaycan millisindən təkliflər almışdı".

İdman.biz xəbər verir ki, bu sözləri "Qarabağ" futbol akademiyasının sabiq koordinatoru Önder Karaveli "Radyospor"da canlı yayımda qonaq olarkən deyib.

Abdullah Avcı ilə iki fərqli dövrdə "Başakşehir"də, həmçinin "Trabzonspor"da çalışdığını bildirən 51 yaşlı türkiyəli mütəxəssis ölkəmizdən gələn təklifin reallaşmadığını da vurğulayıb: "Azərbaycan futbolu sevən ölkədir və inkişaf üçün imkanlar var. Əvvəllər mən də "Qarabağ"da çalışmışam. Çox sevdiyim bir ölkədir".

Qeyd edək ki, Önder Karaveli 2020-2021-ci illərdə Azərbaycanda çalışıb. Abdullah Avcı isə "Trabzonspor"dan 2024-cü il avqustun 31-də ayrılıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью