“Qarabağ da, Krasnodar da Ermənistandır” deyən çempion belə tutuldu Video

27.03.2025

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Rusiyada yaşayan erməni idmançı Vladimir Vaynan həbs edilib.

Bakupost.az “Sport-ekspress”ə istinadən xəbər verir ki, pauerliftinq üzrə dünya çempionu olan Vanyan Krasnodar vilayətinin Lenin rayon məhkəməsinin qərarına əsasən saxlanılıb.

Bildirilib ki, o, martın 24-də sosial şəbəkədə canlı yayımda seperatçı bəyanatlar verib. Belə ki, Vanyan videoda “Qarabağ da, Krasnodar da Ermənistandır”, - deyib.

Bundan sonra Vladimir Vanyanın yeri müəyyən edilib və Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb.

Qeyd edək ki, Vladimir Vanyan canlı yayımda Rusiyanın dövlət qurumlarını və hərbçilərini də təhqir edib.

" >


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью