“Qarabağ” da növbəti mərhələdə

14.08.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Ağdamın “Qarabağ” komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsində dünən Bakıda Kiyevin “Dinamo” (Ukrayna) klubu ilə cavab görüşünü keçirib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçı ingiltərəli FIFA referisi Stüart Attuell idarə edib. Oyuna daha yaxşı başlayan “köhlən atlar” 2:0 hesabı ilə qalib gələrək pley-offa vəsiqəni təmin edib. Qolları 12-ci dəqiqədə Jali Muaddib, 69-cu dəqiqədə Aleksey Kaşuk rəqib qapısından keçirib.

Xatırladaq ki, komandalar arasında Polşada baş tutan ilk oyun Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağdamlılar pley-offda “Tvente” (Niderland) ilə qarşılaşacaq.

Q.YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью